19 milyona futbolçu transfer edib, icarəyə verdilər
İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubunun sol cinah müdafiəçisi Hassane Kamaranı transfer edib.
Bu barədə “Udineze”nin rəsmi saytı məlumat yayıb. Fransada dünyaya göz açsa da, Fil Dişi Sahili yığmasında çıxış edən müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Lakin 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi “Uotford”da icarədə oynayacağı diqqətə çatdırılıb.
İtaliya klubu bu transferə görə “Uotford”a 19 milyon avro ödəyib. Halbuki, İngiltərə klubu Kamaranı bu ilin yanvar ayında Fransa “Nitsa”sından 4 milyon avro qarşılığında transfer etmişdi.
Kamara Fransanın “Şatoru” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb, daha sonra “Reyms”, “Kreteli” və “Nitsa”da forma geyinib. Müdafiəçi Fil Dişi Sahili yığmasında 7 oyuna çıxıb.
Bizi Facebook-da izləyin