Prezident İTV-yə pul ayırdı – Olimpiya oyunlarına görə

Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Komanda.az xəbər verir ki, sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button