
AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat aldı
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
Komanda.az xəbər verir ki, Məhərrəmov mayın 19-da keçiriləcək A qrupunun Almaniya – Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.
Məhərrəmov daha əvvəl B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya qarşılaşmalarında iş başında olub.
Avropa çempionatı iyunun 1-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin