
Çempionlar Liqasında həftənin qolu – video
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Real”ın futbolçusu Rodriqonun “Çelsi”yə vurduğu qol ən yaxşı seçilib.
21 yaşlı futbolçu 80-ci dəqiqədə Luka Modriçin ötürməsindən sonra topu saxlamadan, birbaşa qapıdan keçirib.
Oyunun əlavə vaxtı “Real”ın 2:3 hesablı məğlubiyyəti ilə bitib. Londondakı ilk matçda 3:1 hesabı ilə qalib gələn “kral klubu” yarımfinala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin