
“Qalib gəlməyə yüz faiz hazır olmalıyıq” – Kovaçiç
“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, futbolun hər zaman sürprizlər gətirdiyini söyləyib:
“Komandaların geridönüş edərək qələbə qazandığı vəziyyətlər çox olub. Mən də bu oyunlardan birində iştirak etmişəm. 2015/16 mövsümündə “Real”la “Volfsburq”a səfərdə 0:2 hesabı ilə uduzduq, “Santyaqo Bernabeu”dakı cavab oyununda 3:0 hesabı ilə qalib gəldik. “Çelsi”nin “Napoli” ilə qarşılaşdığı oyunu da xatırlayıram. “Çelsi” səfərdə 1:3 hesabı ilə uduzsa da, “Stemford Bric”də qələbə qazanmışdı. Futbol həmişə sürprizlər gətirir. Biz qalib gəlməyə yüz faiz hazır olmalıyıq”.
“Çelsi” -“Real” oyunu bu gün saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin