
“Çox xoşbəxtəm” – “Qəbələ”nin futbolçusu
“Qəbələ” klubu ilə müqaviləsini yeniləyən Ruan Renato bu haqda fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Renato “instaqram” hesabında etdiyi paylaşımda çox xoşbəxt olduğunu yazıb:
“Çox xoşbəxtəm və növbəti mövsümlər üçün ailəmlə birlikdə daha motivasiyalıyam”.
28 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsi 2023-cü ilin yayına qədər uzadılıb. O, 2021-ci ilin avqustundan “Qəbələ”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin