Atası “Barselona” rəsmisi ilə görüşdü – Oğlunu transfer etməyi xahiş etdi

“Atletiko Paranaense”nin hücumçusu Vitor Rokenin atası “Barselona” rəhbərliyi ilə görüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, futbolçunun atası oğlunun Kataloniya təmsilçisinə keçəcəyini düşündüyü üçün Avropanın digər klublarının təkliflərini qəbul etmədiyini deyib.

O, “Barselona”nın maliyyə durumunu nəzərə alaraq, klubun idman direktoru Jordi Kroyffu Braziliya təmsilçisi ilə danışıqlarda təşəbbüsü ələ almağa dəvət edib.

Öncədən 18 yaşlı hücumçu “Barsa”da oynamaq istədiyini bildirib və “Arsenal”ın təklifini geri çevirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button