“Çelsi” hazırdır – 18 yaşlı futbolçu ilə müqavilə bağlamağa
Braziliyanın “Vasko da Qama” klubunun müdafiəçisi Andre Santos karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” 18 yaşlı braziliyalı futbolçunun transferində iddialıdır. London klubu “sambaçı” ilə müqavilə imzalamağa hazırdır.
Andre Santos ötən mövsüm komandası ilə 33 oyuna çıxıb, 8 qol vurub.
Onun “transfermarkt”da dəyəri 5 milyon avro göstərilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin