18 ildən sonra gələn ilk
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun oyunlarından sonra MOİK çempionluğunu rəsmən elan etdi.
Komanda.az xəbər verir ki, “hərbçilər” Lökbatanda sevinməklə ən yaxın rəqibi üçün özünü əlçatmaz etdi.
Premyer Liqaya vəsiqəni sona 4 tur qazanmış komanda divizionda 1-ci olmağı da təmin etməklə 18 ildən sonra bunu bacarmış oldu. Belə ki, MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2-ci yeri tutub – 2 dəfə (2008, 2010). Amma hər iki halda elitaya vəsiqə qazanılıb.
Onu da əlavə edək ki, MOİK sonuncu dəfə elitada 2010/11 mövsümündə çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin