“Sabah” yeni stadiona köçür? – Klub rəsmisindən açıqlama

“Sabah” klubu növbəti mövsümdən ev oyunlarını “ASK Arena”da keçirəcək.

Bu barədə məlumatı “Report” yayıb. Paytaxt təmsilçisi “Bank Respublika Arena”nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda “Keşlə”ni əvəzləyəcək. “Keşlə” isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a məsələ ilə bağlı açıqlama verib. Klub rəsmisi, başqa stadiona köçmək məsələsinin gündəmdə olmadığını bildirdi:

“Hazırda komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Başqa stadiona köçməklə bağlı məsələ hələ ki, gündəmimizdə deyil. Gələcəkdə bu istiqamətdə yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button