
Azərbaycan millisinin üzvü Rusiya klubu ilə anlaşdı
“Araz-Naxçıvan” futzal klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə “feysbuk” səhifəsində yazıb. O, “Torpedo” ilə anlaşdığını bildirib.
31 yaşlı futzalçı 2014-cü ildən “Araz-Naxçıvan”da çıxış edirdi.
“Torpedo” hazırda Rusiya çempionatında liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin