Poqbanın qızıl medalını oğurlayıblar

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqbanın 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilmiş dünya çempionatında qazandığı qızıl medal oğurlanıb.

Komanda.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, anasının bağışladığı qızıl-zinyət əşyalarının da qarətçilər tərəfindən aparıldığını deyib:

“Məni ən çox qorxudan həmin vaxt iki övladımın dayə ilə birlikdə evdə olmasıdır. Dayə hadisədən xəbər tutub və dərhal polisə məlumat verib. Daha sonra uşaqlarla birlikdə otağa daxil olaraq, qapını arxadan bağlayıb. Əsas odur ki, övladlarım yaxışıdır”.

Oğurluq hadisəsi Çempionlar Liqasının 1/8 finalında keçirilən “Mançester Yunayted” – “Atletiko” oyunu (0:1) zamanı baş verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button