Azərbaycanlı hakim Yunanıstan millisinin oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyun martın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button