Avropa Liqasında həftənin ən yaxşı futbolçusu
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Komanda.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə “Atalanta”nın oyunçusu Merih Demiral 1-ci olub. Türkiyə millisinin üzvü Tomaş Souçek (“Vest Hem”, İngiltərə), Pedri (“Barselona”, İspaniya) və Abel Ruisi (“Braqa”, Portuqaliya) qabaqlayıb.
Demiral Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab görüşündə (1:0) komandasının yeganə qolunun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin