İsveçrə də Rusiya millisi ilə oynamaqdan imtina etdi
Futbol üzrə İsveçrə millisi Rusiya yığması ilə oyunlar keçirmək istəmir.
Komanda.az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqı məlumat yayıb. Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.
Ukraynaya hücumu pisləyən qurumun bəyanatında bildirilir:
“Biz Ukraynadakı qurbanlara, xüsusilə də, milli assosiasiyası və onun bütün üzvlərinə görə narahatıq”.
Qərarın qadınlardan ibarət İsveçrə yığmasına da şamil olunacağı istisna edilmir. İsveçrə millisi bu ilin yayında İngiltərədə keçiriləcək Avropa çempionatının final mərhələsində Rusiya ilə eyni qrupda yer alıb.
Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə, Albaniya, Norveç və Uels milli komandaları Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.
Bizi Facebook-da izləyin