
Azərbaycanlı futbolçu Nepal çempionu oldu
Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Maçhindra” komandası Nepal çempionu olub.
Komanda.az xəbər verir ki, Novruzovun komandası “Satdobato”ya 1:0 hesabı ilə qalib gəlib və çempionatın sonuna 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Oyunda yeganə qolu Novruzov vurub.
Bundan başqa, azərbaycanlı hücumçu turnirin ən dəyərli oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin