17 yaşlı hücumçu üçün 20 milyon avro ödədi – “Bayern”
Almaniya çempionu “Bayern” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi Fransanın “Renn” klubunun hücumçusu Matis Teli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Bayern” bu transfer üçün “Renn”ə 20 milyon avro təzminat ödəyib. Müqavilədə əlavə bonusların da nəzərdə tutulduğu bildirilir. Tel yeni komandasında 39 nömrəli formanı geyinəcək.
“Renn”in öz yetirməsi olan Matis Tel ötən ildən əsas komandada forma geyinməyə başlayıb. O, 16 yaş 110 günlüyündə meydana çıxmaqla bu klubun əsas komandasında oynamış ən gənc futbolçuya da çevrilib. Gənc forvard bu komandanın heyətində 10 rəsmi matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin