İngiltərənin iki klubunun hədəfindədir – 17 yaşlı fubolçu

Argentinanın “River Pleyt” klubunun yarımmüdafiəçisi Franko Mastantuono mövsümün sonunda komandasını dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

17 yaşlı futbolçu həm “Çelsi”, həm də “Mançester Yunayted” kimi böyük klubların diqqətini çəkib. Mastantuono ölkəsinin ən istedadlı gənc hücumçularından biri hesab olunur.

Argentinalı futbolçunun hazırkı müqaviləsi 45 milyon avro dəyərində təzminat ödəməyi nəzərdə tutur. “Real” və “Barselona” da bu oyunçuya maraq göstərir.

Mastantuono cari mövsümdə 13 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button