17 yaşında “Kəpəz”in tarixinə düşdü

Futbol üzrə Azərbaycan Birinci Divizionunun 9-cu turu çərçivəsində keçirilən “Səbail-2” ilə oyun “Kəpəz”in yarımmüdafiəçisi Cavad Kərimov üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 4:1 hesabıyla qalib gəldikləri bu oyunda dubl edən Kərimov Gəncə klubunun tarixinə düşüb.

Fasilədən sonra meydana çıxan yarımmüdafiəçi milli çempionatlarda “Kəpəz”in heyətində debüt oyununda iki qol vuran ən gənc futbolçu kimi yadda qalıb. Kərimov 17 yaş 130 günlüyündə buna nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button