
“Yamalın qayğısına qalmalıyıq, çünki o, hələ uşaqdır” – Sabiq futbolçu
“Barselona”nın keçmiş futbolçusu David Vilya komandanın vingeri Lamin Yamalın ifasından heyranlıqla danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun istedadını yüksək qiymətləndirib:
“Düşünürəm ki, sadəcə “Barselona”nın oyununu izləməklə, onun nəinki topa sahib olduğunu, həm də komanda yoldaşlarının nə göstərdiyini başa düşə bilərsiz.
O, bizi heyrətləndirməkdən əl çəkmir, amma “İnter”lə oyunun son dəqiqələrində məndə elə bir hiss yarandı ki, demək olar, bütün komanda yoldaşları onu meydanda axtarır. Sanki son bir neçə dəqiqədə, oyuna qərar verilmək üzrə olanda – ya uduzursuz, ya da hesabı bərabərləşdirirsiz, o zaman komanda yoldaşları onu həmişəkindən daha çox axtarırdılar. 17 yaşında, “Barselona” kimi bir klubda bu, tamamilə dəlilikdir. Digər klublara hörmətlə yanaşsaq, “Barselona”da oynamaq çətindir. Bu auranı görmək çox çətindir və o, bunu meydanda göstərir. Sonda topu alır və matçın nəticəsini həll edir. Məncə, bu, fantastikdir.
Düşünürəm ki, biz hamımız onun qayğısına qalmalı, ona kömək etməli, uğursuz anlarda ona dəstək olmalıyıq, çünki o, hələ uşaqdır. Yamalı parlaq gələcək gözləyir”.
Bizi Facebook-da izləyin