Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərkan Aydın Türkiyədə klubunu dəyişib.
Komanda.az xəbər verir ki, 16 yaşlı müdafiəçi “Kocaelispor”dan “Altınordu”ya keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Aydınla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Sərkan Azərbaycanın U-17 millisində iki oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin