17 oyunluq həsrət bitdi
Futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunda “Nyukasl”la qarşılaşan “Şeffild Yunayetd” bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Komanda.az xəbər verir ki, bununla da sözügedən komandanın qələbə həsrətinə son qoyulub.
“Şeffild Yunayted”ə qələbə gətirən qolu 73-cü dəqiqədə penaltidən fərqlənən Billi Şarp vurub.
Nəticədə bu komanda 17 oyundan sonra qələbə sevinci yaşayıb. Cari mövsümdə qələbə qazana bilməyən yeganə komanda olan “Şeffild Yunayted” bu arzusuna 18-ci turda çatıb. Bununla da “böyük beşlik” ölkələri arasında cari mövsümdə qələbə qazana bilməyən kollektiv qalmayıb.
“Şeffild Yunayted” ilk qələbəsini qazansa da, hazırda 5 xalla Premyer Liqanın aşkar autsayderi olaraq qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin