167 günlük həsrət bitdi
Premyer Liqanın 22-ci turunda “Qəbələ” ilə qarşılaşan “Səbail”in matçdakı üçüncü qolu ikiqat yubileylə əlamətdar olub. Bu topa İbrahim Aslanlı imza atıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, onun 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb. Paytaxt təmsilçisi “100”-ə 126-cı oyunda çatıb.
Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.
3:0 hesabı ilə qalib gələn “Səbail” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub. Aftandil Hacıyevin yetirmələri sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.
Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.
Bizi Facebook-da izləyin