AÇ-2024: 1600-dən çox azarkeşə ölkədən çıxmaq qadağan ediləcək
Qeyri-qanuni fəaliyyətlə məşğul olan 1600-dən çox Böyük Britaniya futbol azarkeşinin bu ilin yayında keçiriləcək 2024-cü il Avropa çempionatı üçün ölkədən çıxışı qadağan ediləcək.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, bu azarkeşlər pasportlarını təhvil verməyə məcbur olacaqlar. Azarkeşlər turnirin keçiriləcəyi Almaniya ərazisinə səfər etsələr, onları 6 ay həbs və ya külli miqdarda cərimə gözləyir. Bu azarkeşlər Böyük Britaniyanı yalnız xüsusi icazə ilə tərk edə biləcəklər.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə millisi Sloveniya, Danimarka və Serbiya yığmaları ilə eyni qrupda çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin