160 manatlıq cərimə – “Qarabağ”ın oyununa vaxtında gəlmədiyi üçün

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizonla bağlı aşağıdakı qərarlar verilib:

Birinci divizionun 10-cu turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;

“Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz” klubunun futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Neftçi-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button