16 ölkənin 422 idmançısı arasında çempion oldu

Bolqarıstanın Albena Kranevo şəhərində Avropa şotokan çempionatı keçirilib.

Komanda.az xəbər verir ki, Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilmiş yarışda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. Turnirdə 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib.

Azərbaycanı təmsil edən Məcid Əmirov çempionatda 75 kq çəki üzrə “WKF kumite” üslubunda 1-ci yeri qazanıb.

Əmirov dəfələrlə respublika çempionu, beynəlxalq turnilərin qalibi, dünya kuboku mükafatçısı olub.

Bizi Telegramda izləyin