
16 000 azarkeşin Fransa klubu üçün seçdiyi yeni emblem – FOTO
Fransanın “Sent-Etyen” klubu yeni emblemini təqdim edib.
Komanda.az xəbər verir ki, yeni emblem komandanın azarkeşləri tərəfindən səsvermə yolu ilə seçilib.
2021-ci ilin noyabr ayının sonunda təxminən 16 000 “Sent-Etyen” azarkeşinin iştirak etdiyi sorğu başlayıb. Onlar yeni emblem üçün üç variantdan birini seçməli idilər.
Növbəti mövsümdə Fransa Liqa 1-də iştirak hüququ uğrunda final oyununda “Sent-Etyen” “Oser”ə uduzmuşdu. Bununla da, “Sent-Etyen” 18 ildə ilk dəfə Fransanın yüksək liqasından uzaq qalıb.
Bizi Telegramda izləyin


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin