15 xalı silinən “Yuventus”un baş məşqçisindən açıqlama
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın 15 xaldan məhrum edilməsindən sonra Turin klubunun növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq şansını dəyərləndirib.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, Alleqri Çempionlar Liqasına vəsiqə qazanmaq üçün qeyri-adi nəsə etməli olduqlarını deyib:
“Onlar mənə doqquz xal itirə biləcəyimizi deyəndə, mövsümün sonunda Çempionlar Liqasına düşmək şanslarımızı anlamaq üçün hesablamalar apardım. Son qərar gələndə yenidən saymağa başladım. Çempionlar Liqasına düşə bilməyimiz üçün qeyri-adi bir şey etməliyik”.
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.
Bizi Facebook-da izləyin