15 milyon avroya futbolçu transfer edib, icarəyə verdilər
“Bornmut” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”inin yarımmüdafiəçisi Romen Fevri transfer edib.
25 yaşlı fransız futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə bağlayıb. “Bornmut” onun transferi üçün Fransa klubuna 15 milyon avro ödəyib. Amma Fevrin 2023/24 mövsümünü Fransanın digər klubu “Loryan”da icarədə keçirəcəyi bildirilib.
Fevr daha öncə “Tur”, “Monako” və “Brest”də də oynayıb, Fransanın U-21 yığmasının uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin