15 milyon avro təklif etdilər – “Qalatasaray”ın futbolçusu üçün

“Qalatasaray”ın müdafiəçisi Markao karyerasını Sankt-Peterburq “Zenit”ində davam etdirə bilər.

Komanda.az Türkiyənin “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Rusiya klubu 26 yaşlı braziliyalı üçün 15 milyon avro təklif edib. Xəbərdə qeyd olunur ki, “Sevilya” daha əvvəl Markaonun transferi üçün 12 milyon avro təklif etmişdi.

2019-cu ildən “Qalatasaray”da çıxış edən müdafiəçi İstanbul klubuna “Çaves”dən 4 milyon avroya keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimidir.

Markao 2021/2022 mövsümündə bütün yarışlarda 38 matçda iştirak edib və bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button