15 illik “tilsim” qırıldı

“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı məğlub edib (4:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 2008-ci ilin mayından sonra ilk dəfə bütün yarışlar daxil olmaqla Kataloniya təmsilçisinin qapısına 4 qol vurub.

2008-ci ilin 7 mayında keçirilən “el klasiko”da paytaxt təmsilçisi “Barsa”nı 4:1 hesabı ilə məğlub edərək, İspaniya La Liqasının çempionu adına layiq görülmüşdü.

“Real” iki oyunun nəticəsinə əsasən Kataloniya təmsilçisini 4:1 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb. Həlledici mərhələdə onların rəqibi “Osasuna” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button