“15 gün əvvəl hər şey çox fərqli idi” – Valverde
İspaniya kubokunun final matçında “Valensiya”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde oyundan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, məğlubiyyətlə bağlı bunları deyib:
“Valensiya” sürətli hücumları çox uğurlu etdi. Xüsusilə də, ilk hissədə çox təhlükəli oldular. Kuboku qazandıqları üçün onları təbrik etməliyik.
Bir ay əvvəl çempionluğu qeyd etmişdik, bu mövsümü üç kubokla bitirə bilərdik. Böyük gözləntilər yaratdıq, amma bacara bilmədik. 15 gün əvvəl hər şey çox fərqli idi. Hər şeyi qazana bilərdik, amma olmadı”.
“Barselona”dakı şansınız bitdimi” sualına, ispan mütəxəssis, “Bununla bağlı heç bir şey deyə bilmərəm” cavabı verib.
Bizi Facebook-da izləyin