15 cüdoçunun zəhərlənməsinin SƏBƏBİ

Xəbər verdiyimiz kimi, aprelin 25-də Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər cüdoçunun dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.

Komanda.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yayılan xəbərlə bağlı kompleksin direktoru Mövlud Mirəliyev açıqlama verib. O, idmançıların hazırda yaxşı olduqlarını söyləyib:

“Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər. Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi iki saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər, hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button