Karyerasını bitirəndən sonra dünyanı gəzəcək – “Borussiya”nın futbolçusu

“Borussiya” (Dortmund) klubunun futbolçusu Marko Roys gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı forvard, karyerasını bitirikdən sonra futbolda çalışmaq istəmədiyini deyib:

“15-20 il məşqçi və ya menecer kimi futbolda işləmək mənlik deyil. Karyeramı bitirdikdən sonra indiyə qədər etmədiyim şeyləri edəcəm. Məsələn, dünyanı gəzəcəm, amma futbolçu kimi yox. Biz hazırda bir yerdə cəmi iki gün qala bilirik. Həyata keçirmək istədiyim çox şey var, amma bunlar üçün vaxt lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button