130 milyon avroluq razılıq
“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”yə keçməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat yayıb.
Onun sözlərinə görə, futbolçunun transferi “zadəganlar”a 130 milyon avroya başa gələcək. Londonlular belə qiymət etiketini iki səbəbə görə təklif ediblər: birincisi, oyunçu uğrunda mübarizədə qalib gəlmək, ikincisi, rahat ödəniş cədvəli əsasında razılaşmaq.
Xəbərdə qeyd olunub ki, argentinalı yarımmüdafiəçi artıq İngiltərənin paytaxtına köçməyə razılaşıb.
21 yaşlı Fernandes Argentina yığması ilə DÇ-2022-də qalib gəldikdən sonra Avropadan bir sıra təkliflər alıb. O, DÇ-də 7 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin