Futbolçuya irqçi mesajlar göndərdi – 12 yaşlı azarkeş

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilən “Aston Villa” – “Kristal Pelas” oyunundan (2:0) əvvəl xoşagəlməz hal yaşanıb.

Komanda.az xəbər verir ki, oyundan əvvəl qonaqların futbolçusu Vilfrid Zaha sosial şəbəkədə irqçi mesajlar aldığını və təhdid olunduğunu bildirib. Araşdırmalara başlayan polis, mesajların 12 yaşlı “Aston Villa” azarkeşi tərəfindən göndərildiyini müəyyənləşdirib. Həmin azarkeşin saxlanıldığı və haqqında araşdırma başlanıldığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button