12 illik cəzası bitdi – 46 yaşında futbola döndü!
Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaçi yaşıl meydanlara geri dönüb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının “köhnə futbolçular”ından olan Françesko 12 il sonra – 46 yaşında futbola qayıdıb. O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə müqavilə bağlayıb.
Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaçi 42 qol vurub.
O, 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı.
Flaçi karyerası ərzində “Sampdoriya”, “Empoli”, “Breşiya” kimi komandalarda oynayıb.
Françesko Flaçi futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin