Azərbaycan millisi İranla yoxlama oyunundan imtina edib
Azərbaycanın futzal üzrə milli komandasının İran yığması ilə yoxlama matçı baş tutmayacaq.
Komanda.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin rəsmi oyunlarının olmasıdır. İran yığması Azərbaycan millisi ilə bu ayın sonları, fevralın əvvəlinə yoxlama oyunları arzusunda olsa da, rəsmi görüşlərin də həmin dövrə düşməsi sınaq matçlarının baş tutmasını əngəlləyib. Artıq Azərbaycan Futzal Federasiyası yoxlama matçlarından imtinayla bağlı İran Futzal Federasiyasına xəbərdarlıq edib.
Azərbaycanın futzal millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin