Nobrenin baş məşqçiliyi 11 gün çəkdi

Türkiyənin “Altay” klubu baş məşqçisi Mərt Nobre ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yanvarın 15-də İzmir klubunun “sükanı arxasına” keçmiş Nobre bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb. “Altay” bu oyunların hamısından xalsız ayrılıb.

Xatırladaq ki, Mərt Nobre “Altay”da Mustafa Dənizlini əvəzləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button