“1000-ə yaxın heyvanım var” – Refekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf futbolla yanaşı, öz şəxsi biznesinin olduğunu bəyan edib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsində ferma sahibi olduğunu bildirib.
47 yaşlı məşqçi Rumıniya mətbuatına açıqlamasında Buxarest yaxınlığındakı ferması ilə bağlı bunları söyləyib:
“Bu işə düzgün qidalanmağım üçün başlamışdım. Çox kökəlmişdim, 94-95 kiloqrama çatmışdım. Abu Dabidə bəzi analizlərdən keçdim, məşqlər etdim. Mənə dedilər ki, çox ət yeyirəm və düzgün qidalanmıram. Sağlam qidalanma üçün də belə bir addım atdım”.
Regekampf biznesinin qısa müddətdə böyüdüyünü, artıq daha çox qazanc əldə etdiyini vurğulayıb: “Təbii yeməklərlə qidalanmaq üçün bu fermanı açmışdım. Bir neçə toyuq, inək, donuz və qoyunla başladım. İndi isə 1000-ə yaxın, bəlkə də, daha çox heyvanım var. Bu, çox böyük fermadır”.
Xatırladaq ki, Regekampf bu mövsümün əvvəlindən “Neftçi”yə rəhbərlik edir.
Bizi Facebook-da izləyin