“100 qram artıq çəkiyə görə futbolçu 1000 avro cərimələnəcək”
“Borussiya”nın (Dortmund) futbolçuları bayram günlərində kökəlsələr, cərimə olunacaqlar.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, komandanın müdafiəçisi Tomas Menye bu barədə açıqlama verib:
“Son məşqdə çəkilərimizi ölçdük. Fasilədən sonra da çəki ölçmə prosedurundan keçəcəyik. Müəyyən səviyyədən hər 100 qram artıq çəkiyə görə futbolçu 1000 avro cərimələnəcək”.
Almaniya çempionatı yanvarın 12-dək davam edəcək qış fasiləsinə çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin