
Keyn: “Yüz qol vura bilərəm, amma…”
“Bayern”in hücumçusu Harri Keyn növbəti “qızıl top” mükafatı uğrunda mübarizəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mükafat üçün kubokların vacib olduğunu bildirib:
“Yüz qol vura bilərəm, amma Çempionlar Liqasını və ya dünya kubokunu qazanmasam, bu, “qızıl top”u almağıma kömək etməyəcək. Erlinq Haland və namizəd olan hər kəs üçün də eyni şeydir. “Qızıl top” üçün kuboklar vacibdir”.
Keyn 2025/2026 mövsümündə Münhen klubunun heyətində 17 oyunda meydana çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



