Almaniyalı futbolçu ərəblərin 100 milyon avroluq təklifini rədd edib

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Bayern”in vingeri Leroy Saneyə dörd illik müqavilə təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ərblərin təklif etdiyi sözləşmənin şərtlərinə əsasən, almaniyalı futbolçu ümumilikdə 100 milyon avro “təmiz gəlir” əldə edə bilərdi. Ancaq o, bu təklifi rədd edib.

Sane Münhendə qalmağa üstünlük verib və “Bayern”lə yeni müqavilə imzalamağa hazırlaşır. Hazırkı müqavilənin müddəti cari mövsümün sonunda başa çatacaq. Yeni müqavilənin isə 2028-ci ilin ortalarına qədər qüvvədə olması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button