“Yüz faiz əmin olmasam, klubu tərk edəcəm” – Konte
“Tottenhem”in baş məşqçisi Antonio Konte komandası haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hansı halda Premyer Liqa təmsilçisindən ayrıla biləcəyini deyib:
“Burada mənim işim “Tottenhem”lə Premyer Liqanı qazanmaq deyil, möhkəm komanda qurmaqdır. Sonra qurduğum komanda ilə uğurlu ola bilsəm, yola davam edə bilərəm. Yüz faiz əmin olmasam, klubu tərk edəcəm”.
Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırır. Onun klubla müqaviləsi 2023-cü ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin