100-dək xarici könüllü qatılıb – Bakıdakı yarışa
Formula 1 üzrə Azərbaycan qran-prisinə 100-dək xarici könüllü qatılıb.
Komanda.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyatı şirkətinin verdiyi məlumata görə, əcnəbilər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana və Qazaxıstan kimi ölkələri təmsil edirlər.
Bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq.
Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin