100-cü oyununa çıxdı

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 7-ci turuna təsadüf edib. O, “Zirə” ilə səfər oyununa start heyətində çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.

Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.

“Zirə” – “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button