
100-cü oyun
Ülvi İsgəndərov “Qəbələ”də 100-cü oyununu keçirib.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.
O, “Səbail”lə səfər matçına start heyətində çıxıb. Ülvi 2:2 hesabı ilə başa çatan görüşdə 85 dəqiqə meydanda olub.
“Qırmızı-qara” formada 100 oyun keçirən forvardın hesabında 19 qol var. O, Premyer Liqada 86 (15 qol), kubokda 10 (4 qol), avrokuboklarda 4 dəfə meydana çıxıb. İsgəndərov “Qəbələ”nin tarixinə 100 və daha çox oyunda iştirak edən 12-ci futbolçu kimi düşüb.
İsgəndərovun debütü 2017-ci noyabrın 29-da baş tutub. O, Azərbaycan kubokunun “Mil-Muğan”la görüşündə meydana çıxıb və qol hesabını da açıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin