“Messi hər şeyi asanlaşdırır”

Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin ikinci turunun Meksika yığması ilə oyunu (2:0) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, son günlər komandanın çətin günlər keçirdiyini deyib:

“Uduzsaq, turnirdən kənarlaşdırılacağımızı bilirdik. Çox çətin oyun oldu, amma Lionel Messi hər şeyi asanlaşdırır. Biz heç vaxt təslim olmuruq. Lakin son günlər komanda üçün ağır keçdi. Bu gün biz daha çox şeyə qadir olduğumuzu göstərdik”.

Argentina millisi DÇ-2022-də növbəti oyununu Polşaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button