“10 milyard avro ala bilsəydik, onu da götürərdik” – Mbappenin anası
PSJ-nin hücumçusu Kilian Mbappenin anası Faiza Lamari oğlunun 2022-ci ildə klubu ilə müqaviləsinin uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, anası oğlunun PSJ ilə müqavilədən milyonlarla avro qazanmasında utanmalı nəsə olmadığını deyib:
“Bu, milyonlarla avrodur. Burada heç bir günah və ya utanc yoxdur. 10 milyard avro ala bilsəydik, onu da götürərdik, çünki sistem belə işləyir”.
Yanvarın 1-də “Real”ın fransalı futbolçuya rəsmi təklif göndərdiyi və qərarın qəbulu üçün son tarix – yanvarın ortaları təyin edildiyi bildirilirdi.
Daha əvvəl bildirilmişdi ki, “Liverpul” da Mbappeni bu kluba keçidə razı salmağa çalışır.
Mbappenin parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır. Ona görə də, futbolçu indi başqa klublarla danışıqlar aparmaqda sərbəstdir.
Bizi Facebook-da izləyin