10 martda, “Murov”da

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2-ci dövrənin sonuncu turu martın 10-da, “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

10-cu tura saat 15:00-da “Sərhədçi” – “Murov” görüşü ilə start veriləcək. Dövrənin son görüşü isə 2 saat sonra başlayacaq. Bu oyunda “Neftçi” “Ekspress”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button